Bu il Ali Məhkəməyə nə qədər iş daxil olub? - FOTO

30
Dek
12:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu ildə birinci instansiya məhkəmələrinə 280 minədək iş daxil olub. Onlardan 200 minədək mülki, 22 mindən artığı cinayət, 40 minədək inzibati və 15 minədək kommersiya işi olub”.

seher.media-ın məlumatına görə, bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri və Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə Ali Məhkəməyə ümumilikdə 13 min 500 iş daxil olub ki, onlardan 5 min 600-ü mülki, 3 400-ü cinayət işi, 3 700-ü inzibati və 760-ı kommersiya işi olub:

“Ötən illə müqayisədə daxil olan işlərin sayında ən çox 30 faiz həddində artım inzibati işlər üzrə olub. Qeyd edilməlidir ki, bütün instansiya məhkəmələrinə daxil olan işlərin təqribən 70-80 faizinə mahiyyəti üzrə baxılaraq yekun nəticə verilir”.

O qeyd edib ki, təqdim dilən məlumatlardan göründüyü kimi, birinci instansiya məhkəmələrinə daxil olan işlərdən kateqoriyasından asılı olaraq Ali Məhkəməyə təqribən üç-beş hissəsi daxil olur:

“Bu isə məhkəməyə müraciət edən şəxslərin məhkəmələrə olan inamının əks etdirən ciddi göstəricidir. Bu və ötən ilin təhlili onu göstərir ki, apelyasiya instansiya məhkəmələrinə birinci instansiya məhkəməsinə daxil olan mülki işlərin cəmi 10 faizi, Ali Məhkəməyə isə apelyasiyaya daxil olan işlərin cəmi 30 faizi daxil olur.

Görünən odur ki, tərəflər əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul edilən mülki işlər üzrə məhkəmə aktlarının cəmi 90 faizindən, apelyasiya instansiyası məhkəmələrinin qərarlarının isə 70 faizi ilə razılaşırlar”.