Qaradağda mağazada yanğın olub

30
Dek
17:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaradağda yanğın olub.

FHN-dən verilən xəbərə görə, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 280 kvadratmetr olan birmərtəbəli mağazanın taxta atmaları 10 kvadratmetr sahədə yanıb.

Yüksək temperaturdan lambirdən ibarət tavan 20 kvadratmetr sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.