Qobustanda intihar: Pilləkənin dəmir barmaqlıqlarından özünü asdı

30
Dek
21:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qobustanda intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Xilmilli kəndində qeydə alınıb. Kənd sakini 46 yaşlı Ramil Hüseynbala oğlu Qədirov yaşadığı evdə pilləkənin dəmir barmaqlıqlarından özünü asaraq, həyatına son qoyub.

Məlumata əsasən, mərhum psixi xəstəliklərdən əziyyət çəkib.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.