“İctimai TV”də yayımlanan “Maska” şousunun növbəti buraxılışı baş tutub.
seher.media-ın məlumatına görə, daha əvvəl də proqramda Azərbaycan dilində danışarkən buraxdığı səhvlərə görə tənqid olunun müğənni Nigar Camala bu dəfə Əməkdar artist Coşqun Rəhimov müdaxilə edib.
Nigar “Alov” obrazı altında çıxış edən məşhuru analiz edərkən “aksent” sözünü tələffüz etməkdə çətinlik çəkib.
Müğənninin iştirakçı ilə bağlı səsləndirdiyi “Aksent hiss edirəm” sözlərinə qarşılıq olaraq C.Rəhimov istehza ilə “heç hiss olunmur, vallah” deyib. Nigar isə “mən də ağıllı-ağıllı danışıram” deyə, bildirib.
Xalq artisti Faiq Ağayev isə söhbətə qoşularaq “Nigar nadir insanlardandır ki, bu, ona yaraşır” sözlərini ifadə edib.
Nigar F.Ağayevin ona dəstək olmasının ardınca C.Rəhimova zarafatla dilini çıxarıb.
Xatırladaq ki, bir müddət əvvəl aparıcı İradə İsak Nigarı tənqid edərək onun barəsində “Verilişdə Nigar Camalın ekspert kimi iştirakı doğru deyil. Tamam, xanım “Avroviziya” qalibidir, bu, öz yerində. Amma Azərbaycan musiqisindən, dilindən, ənənələrindən uzaq insandır. Demək olar ki, onu az adam tanıyır. Əgər özləri demiş, məşhur xəfiyyələrin işi qəhrəmanın kimliyini tapmaqdırsa, bu iş qətiyyən onluq deyil. Hər dəfə də digər iştirakçıların ağzından çıxanları təkrarlamaqla məşğul olur” sözlərini işlədib.
Qeyd edək ki, şouda münsif kürsüsündə həmçinin, aparıcı Kamilə Babayeva və bəstəkar-müğənni Murad Arif əyləşirlər.
Ötən gün yarışmanı “Xalça” obrazı tərk edib. Maskanın altında aparıcı Ceyhun Əlinin olduğu ortaya çıxıb.
Həmin görüntüləri təqdim edirik: