Müğənni Manana Çaparidze “Xəzər” televiziyasının verilişlərindən birinə velosipedlə gəlib.
Lent.az-ın xəbərinə görə, onun sosial şəbəkələrdə velosipedlə çəkilmiş şəkillərinə yüzlərlə şərh gəlib.
İzləyicilər Manananın bu hərəkətini bəyəndiklərini, sadəliyin ona başucalığı gətirdiyini yazıblar.
Bəziləri isə Manananı digər müğənnilərlə müqayisə edərək bildiriblər: “Başqaları bahalı maşından lovğalanaraq düşürlər, yanlarında ən az iki mühafizəçi olur”.