Yeni il gecəsi nə üçün corab asırlar?

31
Dek
06:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi Yeni ilin başlanğıcı İsa peyğəmbərin doğum günü ilə hesablanır və xristianlar bu bayramı Milad (mövlud) adlandırırlar. Bu bayramda çoxlu maraqlı ənənələr var ki, böyük əksəriyyəti də dini əfsanələrlə öz açıqlamasını tapır.

Görəsən, Yeni il gecəsi soba başından yeni corabların asılmasının nə mənası var? 

Lent.az bu barədə məlumat verir.

Katolik dünyasında mehriban, şən Santa Klausun (ona bəzi ölkələrdə San Nicolaus və ya Noel deyirlər) real prototipi olub. O, Müqəddəs Nikolaydır.

Xeyirxahlığı, xeyriyyəçiliyi və sadəliyi ilə yaddaşlarda qalmış Likiya arxiyepiskopu Nikolay III-IV əsrlərin sonlarında Kiçik Asiyada (Türkiyə) Patara şəhərində yaşayıb.

Onun valideynləri varlı zadəganlar olublar. Müqəddəs Nikolay ibadət yoluna qədəm qoyaraq bütün varidatını yoxsullara və kimsəsizlərə paylayıb.

Yeni ilin ilk səhəri milyonlarla uşağa sevinc bəxş edən kamin üzərində gözəl rəngli corab asmaq ənənəsi Müqəddəs Nikolayla bağlıdır.

Əfsanəyə görə, Patarada üç gözəl qızı olan bir kasıb kişi yaşayırdı. Onları ərə vermək üçün atanın pulu yox idi və ata ölümündən sonra onların başına nə gələcək deyə çox narahat idi. Çünki cehizi olmayan qızları almırdılar.

Bir gün Müqəddəs Nikolay (Nicholas) onun bu mövzuda danışdığını eşidir və ailəyə kömək etmək qərarına gəlir. Ancaq ona deyirlər ki, qoca çox qürurludur və sədəqə qəbul etməyəcək. Nikolay içi qızıl sikkələrlə dolu üç torba götürərək gecə vaxtı həmin ailənin bacasından içəri girir. Bu çantaları qoymağa yer axtararkən qızların uzun corablarının kamin üstündə asıldığını görür və qızılları corabların içinə qoyur.

Qızlar bu hadisədən sonra xoşbəxt ailə qurular və bu möcüzə barədə bütün şəhər xəbərdar olur.

Ondan sonra Müqəddəs Nikolaydan hədiyyə almaq üçün insanlar corablarını soba ətrafında asmağa başlayırlar və bu ənənə günümüzə gəlib çıxıb.