10 aylıq Adəmin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə seher.media-a onun atası Orxan Süleymanov məlumat verib.
O bildirib ki, övladı yenidən əməliyyat olunmalıdır.
“Adəm 10 aylıqdır. Bir neçə ay əvvəl müayinələr zamanı onun böyrəklərində daşlar olduğunu bildik. Həkimlər daşların təcili əməliyyatla götürülməli olduğunu dedilər. Dərhal Türkiyədə yollandıq. Adəm noyabrın 20-də sağ, dekabrın 7-si isə sol böyrəyindən əməliyyat keçirib. Əməliyyat zamanı onun sağ böyrəyondəki daşlar tam çıxarılsa da, sol böyrəyindəki daşları tam təmizləyə bilmədilər”.
Orxan Süleymanov övladının yenidən əməliyyat olunmalı olduğunu deyib.
“Adəmin sol böyrəyindəki daşlar çox böyük idi. Həkimlər hamısını təmizləsələr də ən böyük səkkiz millimetr olan daşı götürməyiblər. Buna səbəb isə onun bədəninin əməliyyatın ağırlığa tab gətirə bilməməsi olub. Ona görə də bizə bir ay sonra, yəni yanvarın 6-sı yenidən əməliyyat olunmalı olduğunu dedilər. Əməliyyarın məbləği 5 300 dollardır (9 000 manat). Hazırda bu məbləğin 7 000 manatını toplasaq da, 2000 manatımız hələ də çatmır. Adəmin bir əməliyyatı sizin oxucularınızın dəstəyi ilə qarşılandı. Sizin oxuculardan yenidən bizə dəstək olmaqlarını xahiş edirəm”
Ailə ilə əlaqə: (055) 932-23-55
Kart: 5522 0993 6630 8195