Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

31
Dek
10:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

“Hyunday” markalı avtomobil yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Mübariz Mehrəli oğlu Əliyevi vurub.

Hadisə nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq M.Əliyev səhər saatlarında müalicə aldığı xəstəxanada ölüb.

Fakt araşdırılır