Sabahdan buraxılış vəsiqəsi olmadan taksiylə sərnişin daşıyanlar 2000 manatadək cərimələnəcək

31
Dek
12:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabahdan buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.

seher.media xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə qırx manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə səksən manat məbləğində cərimə ediləcək.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.