Xalq artisti Röya Ayxan onun adını qalmaqala çəkən simalardan danışıb.
seher.media yazır ki, estrada ulduzu bu barədə proqramların birində söz açıb. Sənətçi onun adını çəkmədən ünvanına söz atanlara da cavab verib:
“İlin sonunda maraqlı qalmaqallar baş verir. Biri var, ancaq mənimlə bağlı paylaşımlar edir. Elə bilir, kimisə öyrətmişəm ki, efirdə onun haqda danışsın. O qədər ağılsızlıqdır ki. O adamı öyrədərəm ki, çıxıb məni tərifləsin. Səndən niyə danışsın? Mən belə iş görərəm. Sənə özümü təriflətdirərəm. Niyə deyim ki, çıx get filankəsə belə sözlər de, dəli olsun. Niyə? Mən aslanam. Aslan heç vaxt kənardan pişik kimi gəzməz. Heç vaxt çoxdan tanıyıb sevdiklərimlə də işim olmaz. Sevdiyim, hörmət etdiyim sənətçilər var. İllərdir görmədiklərim də çoxdur. O demək deyil ki, görmürəmsə, onlar mənə düşmən kəsilməlidir. Bunlarda maraqlı bir şey var, sanki Röya onlarla oturub-durmayanda pis olur. Mənim də oturub-durmaq istədiyim insanlar var da. Evimə hər zaman gələn adamlar gəlir. Arada haradasa təsadüfən toplanırıq. Məsələn, çəkilişdəyik, evə zəng edirəm ki, nə bişirmisiz? Deyirlər, maraqlı yemək. Onda deyirəm, getdik bizə. Biz evdə üç nəfərik, ruzini bölmək lazımdır. Həm də evimizə yox, restoranımıza gəlirlər. Bizə gələnlərin bəlkə beş faizi evin içini görüb”.
Xalq artisti həmçinin münasibətlərinin yaxşı olduğu Səidə Sultan və Əminə Şirinin qalmaqalına da münasibət bildirib. O deyib ki, Səidənin indi Elnarə ilə də problemi mövcuddur:
“Yəqin ki, burada bir anlaşılmazlıq var. Məsələn, Səidədən danışırsız. Onun da Elnarə ilə problemi var. Elnarə elə bilir ki, mən onu öyrədirəm. Elnarənin işi-gücü ancaq mənəm. İnstaqramını mənə həsr etmisənsə, aslan kimi adamam, ver idarə edim, hesabını qaldırım. Nə qədər izləyici gətirərəm sənə. Onları fikirləşmədən öncə ağlına gətir ki, bu Röyadır. Həyatda hər şeyi öz hörmətinə qazanan bir qızdır. Heç kim deyə bilməz ki, kiminsə toyuğuna “kış” demişəm. Necə fikirləşə bilərsiz ki, kimisə evimə dəvət edirəm, ya da gedirəm onun evinə, deyirəm, çıxıb söyləcəyəcəksən, belə danışacaqsan. Əksinə birgə əyləşəndə də icazə vermirəm ki, kiminsə haqqında danışılsın. Biri gəlib desin ki, biz Röyanın evinə yığışıb kimdənsə nəsə danışmışıq. Heç halları olmur. O qədər yeyib-içirlər ki, evə meyitlərini aparırlar. Səidə də çılğın qızdır. O, heç mənə indiyə qədər cavab verə bilməyib ki, niyə qalmaqal yaşadıq. Məndən şübhələnirsizsə, hələ tapa bilmirəm ki, mənimlə problem nəydi. Sənə də vaxt çatacaq, sən də mənə cavab verə bilməyəcəksən, gözəl”.