Qaxda kişini avtomobil vurub

1
Yan
01:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə Tasmalı kəndində baş verib.

1991-ci il təvəllüdlü İsa Cahangir oğlu Məmmədov minik avtomobili tərəfindən vurulub.

Hadisə zamanı müxtəlif dərəcəli xəsarətlər alan İ.Məmmədov Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.