Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

1
Yan
14:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 31-də paytaxt ərazisindəki evlərin birindən 20 000 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. 

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakini S.Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.