Sumqayıtda dörd gün əvvəl baş verən avtomobil qəzasında ağır bədən xəsarətləri alan şəxs bu gün vəfat edib.
APA xəbər verir ki, hadisə 29 dekabrda Corat qəsəbəsində baş verib. Belə ki, “Kia Rio” markalı avtomobil 1953-cü il təvəllüdlü Hacıalı Məcid oğlu Hacıyevi yolu keçmək istəyərkən vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilsə də, bu gün səhər saatlarında ölüb.
Faktla bağlı araşdırma aparılır.