“156 saylı məktəbin 11-ci sinif şagirdinin 2023-cü ildə 9-cu sinifdən məzun olan digər yeniyetmə ilə arasında baş verən hadisə məktəbdə olmayıb”.
seher.media-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, hadisə barədə cinayət işi açılıb və hüquq-mühafizə orqanları məsələni araşdırır:
“Nəticəsini hamı gözləyir. Eyni zamanda, Gəncədə baş verən hadisədə məktəb kontingentinin üzvü olmayan şəxs ümumtəhsil müəssisəsinə daxil olmağa çalışır və qarşısı alınır. Yeniyetmələr arasında belə cinayət əməllərinə qanunvericiliyə uyğun iş aparılır”.
Nazir əlavə edib ki, məktəbdən şagirdi qovmaq düzgün addım da deyil:
“Əsas məsələ islah işi olmalıdır. Məktəbin işi uşağı islah etməkdir. Şagirdə cinayət əməlinə görə cəza düşmürsə, o, açıq və qapalı tipli tədris müəssisələrinə göndərilməlidir. Lakin onları ayırmaq düzgündür? Pedaqoji nöqteyi-nəzərdən bizim yanaşmamız həmin uşaqların ayrılmaması və kollektivlərində təhsil almalıdır”.
Nazir əlavə edib ki, hər müəllimin arxasına kamera ilə düşüb çəkməklə onun əlindən tərbiyə alətlərini almış olacağıq:
“Çünki bu cür rəftarda o, nəsə etməyə çəkinəcək. Bu da yaxşı nəticəyə gətirib çıxarmayacaq”.
İlhamə Əbülfət