Bakıda fərdi yaşayış evində baş verən yanğının təfərrüatı məlum olub.
APA-nın məlumatına görə, hadisə qəsdən törədilib.
Yaxınlarının bildirdiyinə görə, 1971-ci il təvəllüdlü Eyvaz Həsən oğlu Əkbərov yaşadığı evi yandırıb.
Səbəb isə onun həyat yoldaşı ilə mübahisə etməsi olub.
Nəticədə E.Əkbərov evdə yanaraq ölüb.
29.02.24 15:46
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.