Qaradağda zavodda yanğın olub

1
Mar
15:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, ümumi sahəsi 800 kvadratmetr olan zavodun utilizasiya sahəsində 3 kvadratmetr neft tullantıları yanıb.

Yüksək temperaturdan zavodun dam örtüyünün konstruksiyaları 60 kvadratmetr sahədə deformasiyaya uğrayıb.

Zavodun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.