Balaca Zəhranın dəstəyə ehtiyacı var: Müalicəsi yarımçıq qalıb, dərisi çürüyür - FOTO

2
Mar
10:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci il təvəllüdlü Zəhra Etibar qızı Həsənova 2023-cü il iyun ayının 14-də ağır yanıq xəsarətləri alıb.

Bu barədə seher.media-a onun anası Rəqsanə Həsənova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Qızım həyətdə oynayırdı. Bu zaman mən də həyətdə vedrədə su qaynadırdım ki, paltarlarımızı yuyum. Zəhra həmin vaxt vedrəni görmədi və vedrənin içinə yıxıldı. O, çox ağır yanıq xəsarətləri alıb. Zəhradan başqa bir qızım və bir oğlum da var. Maddi vəziyyətimiz çox ağırdır. Mən evdar qadınam. Həyətimizdə kartof, pomidor, xiyar, göyərti əkərək ailəmə dəstək olmağa çalışıram. Həyat yoldaşım isə fəhləlik etməklə bizi dolandırmağa çalışır.

Hadisədən dərhal sonra qızım Bakıda yerləşən xəstəxanalardan birində müalicə aldı. Amma maddi imkan olmadığı üçün onun müalicəsini yarımçıq saxladıq. İndi yenidən Bakıya, xəstəxanaya getməliyik. İnanın, xəstəxanaya gəlmək üçün yolpulunu belə düzəldə bilmirik. Zəhranın dərisi çürüyür. Hazırda müalicələrini etməyə imkanımız yoxdur. Müalicələr üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən xahiş edirəm ki, bizə dəstək olsunlar”.

Əlaqə nömrəsi: (055) 568-59-90 (Rəqsanə xanım).

“Unibank”: 5243 7544 4091 8124.