Bu gün mərhum ilahiyyatçı hacı Şahin Həsənlinin anım mərasimidir.
seher.media-ın məlumatına əsasən, anım mərasimi Təzəpir məscidində keçirilir.
Mərasimdə mərhumun yaxınları ilə yanaşı, media, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar iştirak edirlər.
Xatırladaq ki, hacı Şahin Həsənli 2023-cü il mart ayının 2-də səhər saatlarında 48 yaşında ürək çatışmazlığından vəfat edib. Hacı Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.
Daha çox foto burada: PhotoStock.az