Tovuzda yol qəzası olub, baba və nəvə xəsarət alıb

3
Mar
00:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər - 1957-ci il təvəllüdlü V.Hüseynov və nəvəsi 2009-cü il təvəllüdlü E.Hüseynov xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.