Göygöldə toy karvanının avtomobilləri qəzaya uğrayıb: Xəsarət alanlar var

3
Mar
01:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöl rayon Üçtəpə kəndində ağır yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, toy mərasimindən qayıdan avtomobil karvanında olan nəqliyyat vasitələrindən biri digər avtomobillə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ağır xəsarət alıb.

Xəsarət alanlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.