Naxçıvanda 19 yaşlı gənc bıçaqlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, 2005-ci il təvəllüdlü İsmayıl Yəhya oğlu Abbaslı bıçaq xəsarəti alıb.
Yaralı Naxçıvan Sağlamlıq Mərkəzinə aparılaraq əməliyyat olunub.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
İ.Abbaslıya Şərur rayon Cəlilkənd sakini, 2005-ci il təvəllüdlü Tural Vəli oğlu Kərimov xəsarət yetirməkdə şübhəli bilinir.
Fakt araşdırılır.