Vətəndaşların NƏZƏRİNƏ: Sabah Xaçmazın 20 kəndində qaz olmayacaq

3
Mar
14:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Xaçmazın 20 kəndində qaz olmayacaq.

Bu barədə  “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayonu, Çarxı kəndi istiqamətində istismarda olan PE-dm-315 millimetrik yeraltı qaz xəttində “Təmiz qaz” QSC xidməti tərəfindən aşkar edilmiş qaz sızmalarının ləğvi ilə əlaqədar olaraq sabah saat 09:30-da qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Xaçmaz rayon mərkəzinin bir hissəsi və rayonun 20 kəndinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.