Bərdədə 77 yaşlı piyadanı avtomobil vuraraq öldürüb - FOTO

3
Mar
14:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Bərdə rayon sakini 1979-cu il təvəllüdlü Elmir Mehdiyev idarə etdiyi 99-CC-602 dövlət qeydiyyat nişanlı “Ford” markalı yük avtomobili ilə yolu keçmək istəyən Ağcabədi rayon sakini 1947-ci il təvəllüdlü Əziz Kərimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan fakt təsdiqlənib. Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.