Azərbaycan klubu “Point Blank” üzrə dünya çempionu oldu - FOTO

3
Mar
17:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Point Blank” oyunu üzrə dünya çempionatı başa çatıb.

Azərbaycanlı oyunçulardan ibarət “Good Game Club” komandası yarışların qalibi olub.

Həmyerlilərimiz final qarşılaşmasında İndoneziya komandasını 3:2 hesabı ilə məğlub ediblər. Üçüncü yeri isə Rusiya klubu tutub.

Qələbə nəticəsində “Good Game Club”a 55 min dollarlıq pul mükafatı təqdim olunub.