Avstriyanın keçmiş XİN rəhbəri Rusiyaya köçməsinin səbəbini açıqlayıb - VİDEO

3
Mar
21:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiyaya köçüb.

Keçmiş nazir bu barədə Rusiyada baş tutan Ümumdünya Gənclər Festivalında bildirib.

O, Rusiyaya azad ölkə hesab etdiyi üçün köçdüyünü qeyd edib və ölkənin şərqində ev tikmək arzusundan danışıb.

“Mən Rusiyaya köçdüm, çünki bura həqiqətən azad bir ölkədir”, - Knaysl qeyd edib.

Qeyd edək ki, Ümumdünya Gənclər Festivalı Rusiyada 2024-cü il martın 1-dən martın 7-dək keçirilir. Burada iştirak etmək üçün 190 ölkədən 300 mindən çox insan müraciət edib.

Mənbə: TASS