Çexiyanın XİN rəhbəri təyyarənin nasazlığı səbəbindən Hindistanı tərk edə bilməyib

3
Mar
23:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çexiyanın xarici işlər naziri Yan Lipavski təyyarədə yaranan texniki nasazlıq səbəbindən Yaponiyanı tərk etdikdən sonra Hindistanın Mumbay hava limanında qalıb.

Qeyd olunur ki, Lipavski on şirkət və qurumun nümayəndə heyətinin müşayiəti ilə Hindistan, Avstraliya və Yaponiyaya təxminən iki həftəlik səfərdən sonra ölkəsinə qayıdır.

“Biz artıq yolda olan əvəzedici təyyarənin gəlməsini gözləyirik”, - Çexiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Daniel Dreyk bildirib.

Mənbə: Radio Prague International