Tehran metrosunda yanğın baş verib - FOTO/VİDEO

4
Mar
00:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın paytaxtı Tehranda metronun Şuş stansiyasında elektron sistemdə baş vermiş yanğınla əlaqədar “15 Xordad” stansiyası ilə “Şəhid Buxarai” stansiyası arasındakı 1 saylı xəttin elektrik enerjisi kəsilib, qatarların hərəkəti dayandırılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Bu gün saat 19:00-da metronun Şuş stansiyasında yanğınla bağlı məlumat daxil olub. Elektrik yarımstansiyası yanıb, itki və xəsarət alanlar olmadan yanğının qarşısı alınıb”, - deyə yanğınsöndürmə idarəsinin mətbuat xidmətinin rəhbəri Cəlal Mələki bildirib.

Həmçinin qeyd olunur ki, metronun “Xomeyni” stansiyasında dəmir yolu relsi qırılıb, sərnişinlər təxliyyə olunurlar.