Burkina Fasoda silahlılar 170 nəfəri öldürüblər

4
Mar
05:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son bir həftə ərzində Burkina-Fasonun şimalındaki üç kənddə silahlılar 170-ə yaxın sakini öldürüblər.

Bu barədə Uahiquya rayon prokuroru Əli Benjamin Kulibali məlumat verib.

“Əldə edilən məlumatlar Şimal bölgəsinin Komsilqa, Nodin və Soroe kəndlərində 170 nəfərin öldüyünü göstərir”, - deyə o bildirib.

Kulibalinin sözlərinə görə, hücum haqqında ilk dəfə fevralın 25-də məlumat daxil olub. Hazırda kəndlərə hücum edən silahlıların hansı qruplaşmaya aid olduğu müəyyənləşdirilir.

Mənbə: TASS