Bakıda dəmiryol xətlərinin sökülmə səbəbi bilinib.
seher.media-ın məlumatına görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında yer alan şəhərdaxili hibrid yaşıl dəhlizlərlə əlaqəlidir.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev seher.media-a açıqlamasında bildirib ki, görüntüləri yayılan tikinti işləri köhnə dəmiryol xəttinin ərazisindədir:
“Hazırdakı söküntü Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında nəzərdə tutulan hibrid dəhlizlərdən biridir. Limana gedən köhnə dəmiryolu və Cavanşir körpüsündən yük stansiyasına və Gənclik istiqamətində bu dəhliz yaradılacaq. Bu da imkan verəcək ki, vətəndaşlar Gənclikdən bulvara doğru rahat şəkildə gedə bilsinlər. Eyni zamanda ərazidən tramvay xətinin olması da planlaşdırılır”.
14:50
“Azərbaycan Dəmir Yolları” QSC-nin xətlərinin söküldüyü iddia edilib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İddia edilib ki, xətlər kəsilir, avtomobil yolu salınır.
QSC-dən seher.media-ın sorğusuna cavab verilib ki, texnika işləyən ərazi quruma məxsus deyil.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə seher.media-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə agentlik heç bir iş görmür.
İlhamə Əbülfət