17 yaşında ana olan məktəbli barədə AÇIQLAMA - YENİLƏNİB + VİDEO

4
Mar
18:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin ana olması ilə bağlı sözügedən təhsil müəssisəsinin direktor əvəzi Yeganə Səfərova açıqlama verib.

O bildirib ki, məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə müraciət olunub, araşdırmalar aparılır. Nəticələr bəlli olduqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Y.Səfərovanın sözlərinə görə, məktəbdə başqa erkən nikah faktı qeydə alınmayıb.

17:39

Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin ana olması ilə bağlı onun valideyni jurnalistlərə açıqlama verib.

Yeniyetmənin anasının sözlərinə görə, qızının ana olması ilə bağlı xəbərlər yalandır:

“Qızım 16 yaşında qaçıb ailə qurub, amma ana olmayıb. Yoldaşımın xasiyyəti tünddür. Qızımla heç bir əlaqəmiz yoxdur”.

Daha ətraflı Baku Tv-nin süjetində:

13:02

Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin olması barədə araşdırma aparılıb. 

Bu barədə seher.media-ın sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirilib. 

Belə ki, məktəbin şagirdinin erkən nikaha cəlb olunması barədə yayılan xəbərlə bağlı idarəyə sorğu daxil olan kimi dərhal məsələ nəzarətə götürülüb:

“Həmin təhsil müəssisəsində araşdırma aparılıb. Şagirdin erkən nikaha cəlb olunması barədə  hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib”.

Qeyd edək ki, bir neçə gün əvvəl Salyan rayon Pambıqkənd tam orta məktəbin 11-ci sinif şagirdlərindən birinin uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayılıb. 

Eyni zamanda, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adlarının qeyd olunduğu və qiymətlərinin yazıldığı iddia edilib. 

İlhamə Əbülfət