Masallıda yeraltı qazıntı zamanı zədələnən qaz borusundakı qəza aradan qaldırılıb - YENİLƏNİB

4
Mar
20:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı rayonunda yeraltı qazıntı zamanı zədələnən qaz borusundakı qəza aradan qaldırılıb.

“Report”un məlumatına görə, artıq rayonun Səmidxan kəndində 800 abonentin qaz təchizatı bərpa olunub.

Qeyd edək ki, sözügedən kənddə yeraltı kabelin çəkilməsi üçün qazıntı işləri aparılan zaman diametri 160 millimetrlik boru zədələnib. Nəticədə 800 abonentin qaz təminatı dayandırılmışdı.

19:06

Masallıda yeraltı qazıntı zamanı boru zədələnib.

“Report”un  məmulatına görə, rayonun Səmidxan kəndində yeraltı kabelin çəkilməsi üçün qazıntı işləri aparılan zaman diametri 160 millimetrlik boru zədələnib.

Nəticədə 800 abonentin qaz təminatı dayandırılıb.