Suraxanıda “Azərsu” əməkdaşı borca görə su borusunu kəsib? - AÇIQLAMA + VİDEO

4
Mar
21:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

️Suraxanı rayonunda su borcuna görə borunun kəsildiyi iddia edilir.

seher.media xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. 

Vətəndaş iddia edir ki, Suraxanı rayonu Yeni Günəşli, D massivi, blok 6-da yaşayan sakinlərdən birinin borcuna görə, bütün binaya gələn əsas su xəttini kəsiblər:

“Səhər saat 11:00-dan bu vəziyyətlə bağlı “Azərsu” ASC-yə zəng etmişik. Telefonlarına isə düşmək mümkün deyil. Gördüyünüz kimi blokun içini su aparır”.

Suraxanı Rayon Su Kanal İdarəsindən seher.media-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda abonentin içməli su və kanalizasiya xidmətlərinə görə borcu olub:

“Abonentə xəbərdarlıq olunmasına baxmayaraq borc ödənilməyib. Rayon Su Kanal İdarəsinin müvafiq borc qrupu tərəfindən xətt kəsilib. Bloka axan su evin içərisindəki su çənindən geri axan sudur. Bu gün 15:00-da həmin xətt bərpa edilib və axan suyun qarşısı alınıb”.

Könül Cəfərli