Şuşada müxtəlif markalı silahlar aşkar edilib - VİDEO

5
Mar
13:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şuşada müxtəlif markalı silahlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən tədbir zamanı müxtəlif markalı 8 avtomat, 5 tapança, 1 pulemyot, 9 ov silahı və digərləri aşkar olunaraq müvafiq qaydada götürülüb. 

Faktla bağlı araşdırma aparılır.