Azərbaycanda daha bir tələbə vəfat etdi

5
Mar
14:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbəsi Rəqsanə Aydın qızı Əliyeva uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

seher.media xəbər verir ki, bu barədə kollec məlumat yayıb.

Onun Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi olduğu bildirilir.

Qeyd edək ki, ötən gün iki tələbənin də vəfat etməsi ilə bağlı xəbər vermişdik. Bunlar Odlar Yurdu Universitetinin Maliyyə ixtisasının 1-ci kurs tələbəsi Sürayə Canbaxışlı və Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyevdir. 

E.Əliyevin dəm qazından həyatını itirdiyi məlum olsa da, digər tələbənin hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.