Azad edilmiş rayonlarda onminlərlə daşınmaz əmlakın arxiv sənədləri rəqəmsallaşdırılıb

5
Mar
15:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Laçın rayonu ərazisində təmir olunan 367 fərdi yaşayış evinin və 144 mənzilin, Zabux kəndində yeni tikilən 223 fərdi yaşayış evinin və Şuşa şəhərində 223 mənzilin texniki pasportu hazırlanıb.

seher.media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Qeyd edilib ki, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Zəngilan, Xocavənd, Ağdam rayonları üzrə arxiv sənədlərinin mövcud tikililərə bağlantısı işləri aparılır, yaranan uyğunsuzluqlar araşdırılaraq rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə dürüstləşdirilib.

İşğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə rayon icra hakimiyyətinin, mərkəzi icra hakimiyyətləri və digər dövlət müəssisə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə 2023-cü il ərzində Qarabağ Rəqəmsal Geoinformasiya Sistemi (QRGS) üzərindən 968 daşınmaz əmlak (bina və tikili) barədə arxiv məlumatları (sənədləri) rəqəmsallaşdırılıb, həmçinin 1 132 bina və tikili ərazilərdə aparılan inventarizasiya nəticəsində təsbit edilib.

Ümumilikdə isə hesabat ilinin sonuna 164,8 min daşınmaz əmlak (bina və tikili) barədə arxiv məlumatları sənədləri rəqəmsallaşdırılaraq QRGS-yə daxil edilib.