İsmayıllıda yeniyetmədən hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıblar - FOTO

5
Mar
18:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllıda yetkinlik yaşına çatmayan şəxsin valideynləri polisə müraciət edərək iki nəfərin övladlarının mobil telefonunu sosial şəbəkəyə daxil olmaq adı ilə aldığını və geri qaytarmaq qarşılığında pul tələb etdiyini bildiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Lətif Məhəmmədəli və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıblar. Onlar ifadələrində əməllərini etiraf ediblər.

Faktla bağlı İsmayıllı RPŞ-də cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.