Xırdalanda küçə itləri təhlükə saçdı - VİDEO

5
Mar
22:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sahibsiz itlər Xırdalan sakinlərinin rahatlığına haram qatıb.

Bu barədə seher.media-a Xırdalan sakinləri məlumat veriblər.

Sürü ilə gəzən bu itlər Mehdi Hüseynzadə küçəsində hazırda var-gəl etməkdədirlər. Dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir aidiyyəti qurum tədbir görmür.

“Həm özümüzün, həm də övladlarımızın həyatı təhlükə altındadır”, - deyə sakinlər bildiriblər.

Qeyd edək ki, mart ayının 3-də “Qobu Park-3”də sahibsiz itlər dördüncü sinif şagirdinə hücum edib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Həmin görüntüləri təqdim edirik:

Əzizə İsmayılova