Bakı Şəhər İcra Hakimiyyətindən dövlət və özəl müəssisələrə ÇAĞIRIŞ

7
Mar
10:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaz mövsümünün başlanması və Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, mart ayının 9-da paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməciliyi keçiriləcək.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırıb.