Hacıqabulda qəza: Beş nəfər xəsarət alıb

7
Mar
20:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun Udulu qəsəbəsində qeydə alınıb.

Minik maşınlarının toqquşması nəticəsində beş nəfər xəsarət alıb, Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.