Aylar öncədən xarici ölkəyə səfər üçün bilet əldə edirsiz, hava limanına gəldikdə isə aydın olur ki, ölkədən çıxışınıza stop qoyulub. Bununla da həm maddi zərərlə üzləşirsiz, həm də səyahət planınız baş tutmur. Bəs şəxsin ölkədən çıxmasına hansı hallarda stop qoyula bilər və bununla bağlı vətəndaşa öncədən məlumat verilməlidirmi?
Xezerxeber.az-ın məlumatına görə, vəkillər kollegiyasının üzvü, hüquqşünas Emin Kiçikbəyov deyir ki, ölkədən çıxış qadağası mülki və cinayət halları üzrə tətbiq edilə bilər. Mülki məsələlər əsasən kredit borcları və alimentin ödənilməməsi ilə bağlı olur.
Bəzən isə vətəndaşın hesabında bir-iki manat məbləğində kredit borcu qalır, ancaq stop aradan qaldırılmır. Vəkil deyir ki, belə hallarla bağlı da müraciətlər çox olur.
Bundan əlavə səfərə çıxan şəxslər Ədliyyə nazirliyinin müvafiq saytı vasitəsilə ölkədən çıxışına qadağa olub-olmamasını yoxlaya bilərlər.
Ətraflı süjetdə: