Sumqayıtda avtomobil ağaca çırpılıb: Xəsarət alanlar var - FOTO

8
Mar
01:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda ağır-yol nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.

İdarəetmədən çıxan “Opel” markalı avtomobil ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə olan Rasim Bayramzadə və Anar Bayramlı müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Qəzanın səbəbi araşdırılır.