Kürdə batan 67 yaşlı kişinin axtarışları davam edir

8
Mar
20:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdə batan 67 yaşlı kişinin axtarışları dörd gündür davam edir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Kür çayının Salyan rayonu, Babacanlı qəsəbəsi ərazisindən keçən hissəsində dörd mart 2024-cü il tarixində batdığı ehtimal edilən 1957-ci il təvəllüdlü Hüseyn İsrafil oğlu Süleymanovun axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

Gün ərzində FHN-in dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib.