Konqoda toydan qayıdan 18 nəfər faciəvi şəkildə öldü

11
Mar
23:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konqo Demokratik Respublikasının cənub-şərqində kilsədə təşkil olunan toy mərasimindən qayıdan ən azı 18 nəfər yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Qəza nəticəsində daha altı nəfər yaralanıb.

Haut-Katanqa əyalətində baş verən qəzada mikroavtobus və yük maşını toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, yük maşınının sürücüsü magistral yolda sürət həddini aşıb.

Mənbə: TASS