Rusiya bölgələri dron hücumuna məruz qalıb: Neft anbarı yanır

12
Mar
06:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 12-nə keçən gecə Rusiyanın ən azı altı bölgəsi dron hücumuna məruz qalıb.

Bildirilir ki, Belqorod, Voronej, Kursk, Moskva, Oryol və Tula vilayətləri təyyarə tipli dronlarla vurulub.

Oryol vilayətində neft bazasına da zərbə dəyib və yanacaqla dolu çən alışıb.

Bəzi bölgələrdə elektrik verilişi xətləri sıradan çıxdığından ərazilər işıqsız qalıb. Xəsarət alanların olmadığı bildirilir.

Mənbə: Gazeta.ru