Bakıda kombi və qazanxana avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

12
Mar
12:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 9-na keçən gecə Maştağa qəsəbəsi ərazisində qazanxanaların birindən 13 000 manat dəyərində kombi və qazanxana avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Qəzənfər Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.