Ancelina Coli moda sahəsində debüt etdi - FOTO

13
Mar
02:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ancelina Coli moda dizaynında debüt edib. O, məşhur yazar Suleyka Jauaud Batistin 96-cı Akademiya Mükafatları mərasimində geyindiyi büzməli paltarını dizayn edib.

Suleyka öz imicindən razı qalıb və Ancelinanı “yeganə və təkrarolunmaz” adlandırıb.

“Bu, ulduzun “qırmızı xalı”ya paltar dizaynında ilk təcrübəsi idi və o, rəssam Çaz Qesti paltarın arxasına simfoniya çəkməyə dəvət etdi”, - deyə 35 yaşlı yazıçı bildirib.

Qeyd edək ki, təsvir edilən orkestr Suleykanın əri Con Batistlə birlikdə rol aldığı “Amerika simfoniyası” filminə hörmət əlamətidir.

Mənbə: The Voice Mag