“Ancaq yarım gün oruc tuta bilmişəm. O da 30 il əvvəl. Oruc tutmaq üçün iradəm yoxdur”.
Bu sözləri televiziyada yayımlanan verilişlərdən birində müğənni Nadir Qafarzadə deyib.
Müğənni oruc tuta bilməməsindən danışıb.
“25-30 il bundan əvvəl idarələrin birində çalışırdım. Ramazan ayı idi və oruc tutdum. Günorta hiss etdim ki, qarnımda nəfəsli musiqili orkestr çalır. Deyir ki, yemək yeməlisən. O an həyat yoldaşım Sevinc xanıma zəng etdim. Söylədim ki, ya savabdır, ya günahdır, amma mən yeyirəm. Evdə xanımım, oğlum, gəlinim oruc tuturlar. Mən də onlara iftar verirəm.
Çalışın iftarınızı evinizdə açın. Onda evin ruzisi artır”.