Biləsuvarda tərəvəz sahələri iki dəfəyə yaxın artıb

17
Mar
19:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar rayonunda tərəvəz bitkilərinin əkininə bu il daha çox üstünlük veriləcək.

“Report”un məlumatına görə, bu il yazlıq əkin dövründə 3 000 hektar sahədə tərəvəz məhsullarının əkini planlaşdırılır.

Yerli fermerlərin sözlərinə görə, bu bitkilərin əkininə üstünlük vermələrinin səbəbi tərəvəz məhsullarının sərfəli qiymətə alınmasıdır.

Rayon ərazisində ən çox pomidor, xiyar, soğan, badımcan, bibər, yaşıl noxud kimi tərəvəz məhsulları becərilir.

Qeyd edək ki, ötən il Biləsuvar rayonunda yazlıq əkin dövründə 1 822 hektar sahədə tərəvəz məhsulları yetişdirilib.