Xalası onu təhqir etdiyini deyən müğənnini məhkəməyə verdi: 30 min təzminat istədi

18
Mar
16:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhər Səbail Rayon Məhkəməsində müğənni Nüşabə Musayeva barəsində edilmiş xüsusi ittiham şikayətə baxılıb.

Publika.az xəbər verir ki, müğənninin xalası Şahsənəm Canıyeva bacısı qızının Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddəsinə əsasən cəzalandırılmasını xahiş edib.

O bildirib ki, N.Musayeva ATV kanalında barəsində alçaldıcı ifadələr işlədib. N.Canıyeva ona dəymiş mənəvi zərərə görə müğənnidən 30 min manat təzminat tələb edib.

Müğənni isə xalasına heç bir böhtan atmadığını deyib. O, anasının vəfat etdiyi ərəfədə atası ilə xalasının evləndiyini və birgə nikahda yaşadığını yenidən təkrarlayıb. 

Şahsənəm Canıyeva ev məsələsinə görə bacısının əri ilə rəsmi nikaha daxil olduğunu deyib.

Digər şahidlər də Şahsənəmlə Nüşabənin atası Sabir Musayevin birgə olmalarını, ər-arvad kimi yaşamalarını gördüklərini deyiblər.

Səbail Rayon Məhkəməsinin çıxardığı hökmlə Nüşabə Musayevaya bəraət verilib və Şahsənəm Canıyevanın təzminat tələbi rədd edilib.