Azərbaycan nefti ucuzlaşıb

22
Mar
12:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti 88 dollardan az olub.

seher.media xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86% azalaraq 87,17 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.